LAGER BEER

n yüngül pivə

LAG
LAGGARD
OBASTAN VİKİ
Beer-Şeva
Beer-Şeva (ivr. ‏באר שבע‏‎, "yeddi nəfərin su quyusu" və ya "andiçmə su quyusu"; ərəbcə بئر السبع «Bir-es-Saba») — İsrailin cənubunda şəhər. Əhalisi — 195 400 nəfər (Mərkəzi Statistika Bürosunun 2010-cu il məlumatı). İllik artım — 0,6 % illik. Hal-hazırda Beer-Şevada 200 min nəfər əhali yaşayır. Şəhər İsrail cənubunun inzibatı mərkəzidir. Burada bir sıra təhsil ocaqları, o cümlədən Ben-Qurion universiteti, Soroka xəstəxanası, dairə məhkəməsi, şəhər teatrı, müxtəlif dövlət idarələrinin regional şöbələri yerləşir. Şəhər həmçinin iri mədəni və sənaye mərkəzidir. Bibliya Virsaviyası (Təl Beer-Şeva) şəhərin şimal-qərbində yerləşir və 2005-ci ildə YUNESKO-nun ümumdünya irsi statusunu alıb.
Madison Beer
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
Dandan Beer-Şevaya
Dandan Beer-Şevaya — "Yəhudi Bibliyası"nda doqquz dəfə istifadə edilən ifadə. Bu, şimalda Dan və cənubda Beer-Şeva arasında İsrail qəbilələrinin məskunlaşdığı ərazilərə aid edilir. Bu termin Birinci Dünya müharibəsindən sonra Britaniyanın Fələstin mandatı ilə bağlı danışıqlar zamanı İngiltərə siyasətçiləri tərəfindən istifadə edilən mövqeyə töhfə vermişdir. == Müasir tarix == Birinci Dünya müharibəsindən sonra aparılan sülh danışıqları zamanı "Dandan Beer-Şevaya" ifadəsi Britaniyanın Fələstinin ərazisinin Millətlər Liqasının mandatı olaraq Osmanlı imperiyasından çıxarılması təklifinə töhfə vermişdir. 13 sentyabr 1919-cu ildə Lloyd Corcdan Jorj Klemansoya verilən memorandumda Britaniya Fələstinin "Dandan Beer-Şevaaya qədər qədim sərhədlərinə uyğun olaraq müəyyən ediləcəyi" ifadə edilmişdir.